3 Haziran 2016 Cuma

Spx (Crazies Union)_Yoxluğunun sağlığına

Növbəti bir şeirimə xoş gəlmisən,sevgilim.
Mən də elə indi qədəh qaldırırdım yoxluğunun sağlığına.
Bir az çox içmişəm bu gün.
Sətirlərim səliqəsizdi,amma sən onlara fikir vermə,mən onları elə ürəkdən yazıram ki,dünyanın ən dəli şairləri görsə mat qalar.
Amma sən şah qalarsan.
Elə bir üsyan qaldırdın ki qəlbimdə bütün hakimiyyəti aldın əlimdən və buna görə minnətdaram deyəcək yeganə hökümdaram mən.
Mən sənin əsirin,sənsə mənim əsərimsən.
Keçən ay səni gördüm mərkəzdə.
Yanımdan düz keçdin.
Mən də bir qəribə oldum niyəsə.
Deyəsən,salam vermək istəyirdim.
Çoxdandı gəlmirdin şeirlərimə,yaman narahat qalmışdım.
Amma sən heç nədən qorxma,hətta gözündən axan bir damla yaşa görə başsız qoyaram bütün atlıları bu şəhərdə.
Ürək döyüntülərim də səndən inciyib,çoxdandı onları dinləmirsən deyə.
Narahat olma mən sənin öldüyünü onlara başa salmağa çalışıram hər dəfə.
Amma başa düşmək istəmirlər.
Bu qədər şeirin baş qəhrəmanı ölə bilməz,deyirlər.
Mənsə başa salmağa çalışıram ki,mənimçün ölməklə getmək eyni şeydi.
Mənimçün söz verirəm,deyib sözündən dönməklə ölmək eyni şeydi.
Başa salıram ki,o mənim şeirlərimdəki qara saçlı qız deyildi.
O sən deyildin.
Sən o ola bilməzdin.


https://www.youtube.com/watch?v=u3eL3SVlR24

Crazies Union(Spx,Hugo,Undead,Ressam)_Hardasan?!

Spx
Hardasan Allahın bəlası? Hansı duamın lənətisən sən? Harda qaldı o sənsiz ölərəmlər,hara getsən arxanca gələrəmlər? Nə vaxt öldün ki,indi də şeirlərimdə doğulursan? Sən heç vaxt o qara saçlı qız olmamısan! Olmayacaqsan! Unutee şeirləri,gözlərimi qapayan o öpüşləri də unut! Unut məni də,amma yadına sal,hardasan?


Hugo
Həvvanın Adəmi nə qədər şeir yazıb görəsən?!
Yazıb ki, ağladıqca dinləyəsən!
Düz edirsən sayma məni! Azalaram mən!
Qorxağam amma düzdü sənin üçün dünya daşıyaram mən! 
Rədd edərəm yazılarımı! Hansında sən varsan!
Öləndə gələcəm dedin.. Bəs indi sən hardasan?!
Sənə məhbus oldum mən eynilə zaman kimi
Xahiş edirəm,görün mənim pəncərəmdə! Söz verirəm! Salam verəcəm adam kimi...

Spx
Və mənim pəncərəm sənin evinə baxmır çox heyf.Yəni mənzərəsiz bir pəncərəm var mənim.Və qara saçlarını xatırlatmır bəyaz buludlar,ona görə də baharı sevmirəm deyirdim.Günəş də axtarır səni,sən hardasan? Əlimi tutanda da yanımda olmadığını  hiss edirəm.Sən necə dəyişdin? Mənim sevgilimi öldürüb hansı dərəyə atmısan? Hardadı o? Bəs sən hardasan?

UnDeaD
Hardadı o? Biz hardayıq?
Mən hardayam? Gör indi sən hardasan?!
Yazdığım sözəri əzbər bilirdin,
İndi oxuyub ağlıyırsan,bəlkə də yandırırsan
Küçələrdən birində məni görüb heç tanıyarsan?
Tanımarsan! Çox dəyişmişəm!
Yaxında nişanındı deyəsən,eşitmişəm.
Sən adi qız deyildin,mələk yox tanrım idin.
Tanrının evi mənim evim,yanımda olmalı idin.

Spx
Və çox təəssüf ki,səni mən yaratmışam.Sən mənim xəyal dünyamsan.Mən səni şeirlərdə o mükəmməl qadına çevirmişəm.Bir-iki bəyaz vərəq,tütün,qələm,bir stəkan su və musiqi.Bax belə yarandın sən! Buna görə bu qədər sevilirsən ama əslində saçlarını min rəngə boyayan,ağlayanda gözlərindən boya axan bəsit bir qadınsan! Sən yoxsan! Sən yoxsan!

Rəssam
Qaça-qaça özümnən uzaqlara,
Gecə-gündüz yazılır mahnılar.
Mikrafon,qələm,vərəq,tütün və sən,
Musiqi,sərin su,gecələr.
Olmur kömək rəsmlər.
Qayıdır-gedir,qayıdır-gedir
Qayıdır-gedir,qayıdır-gedir
Qayıdır-gedir,qayıdır-gedir...


https://www.youtube.com/watch?v=VNO4HBQXp44

Crazies Union _ Hər kəs yaxşı gedir

Spx 
Qələmdə güc tapıram
Siz ancaq döz deyirsiz,
Məncə ailə,ən böyük gücdü,axı bunu siz deyirdiz.
Bilirəm,Spx pis övladdı,
Amma Elnur evin sevimlisi.
Bilirəm bu dünyalıq deyiləm,
Tanrı başqa dünya vermədi ki.
Gəlmədi ki gedənlər də.
Görəsən hiss edəcək qəsəbəmiz,
Bir gün əgər getsəm mən ?
2013,uğur dalınca uğur,
İş,rap,sevgi.
Ata,oğlun ata olur,amma hazır deyil.
Hər kəs yaxşı gedir,
Amma hər şey yox.
Hər kəslər vurmaq üşün,yıxmaq üçün var.
Gələn yoxdu,gedənsə çox.
Hələ də yorulmamışam,gedə bilərsiz.
Qapını açıq qoyun,bir az külək gəlsin.

Hugo
Həyat bizlə oynayardı,həyat oynadandı,
Həyat bizlə ağlayırdı,amma ağladandı.
Həyat gecikdirərdi bizləri,bil,həmişə özünə.
Həyat tabe edirdi bizləri bu kaş ki sözünə.
Hər kəs yaxşı gedir.
Hər kəs yaxşı ki,gedir.
Gəlməsin,gərəyim yox
Gözümün yaşın kimsə silsin.
Həyat var,həyat tərk edir,silir.
Həyat xoş anda gəlir.
Elə bir anda gedir ki,
Nəysə boş ver,onsuz anlamazsan.
Mənim ətrafım var deyəndə
Nəyə deyirəm anlamazsan.
İki əl və iki ayaq,
Bitib əl və bitib ayaq.
Yorulub donmuş,solğun əl bədənə bürünməkdən.
Yorulub qançıl ayaq çox badalaq verilməkdən.
Yorulub qancıq həyat bizlə durub ağlamaqdan.
Boğulur ancaq həyat səbri sıxıb saxlamaqdan,döz.

Graf
Həyat aldı getdi,həyatını verdi getdi.
Həyat sevdi getdi,həyatımı tərk etdi.
Həyatımı tərk etdi,
İyirmisində dər getdi.
Tapanda oyuncağımı həyatımı dərk etdim.
Qatar gəlir,gedir.
Gedənlər doğmalardı.
Qatar gəlib getmir,yanında yadlardı.
Həyatmı qəddardı,yoxsa bizi axtardı
Tapdı bizi sınağa çəkdi.
Sevənlər axmaqmı?
Səni o buruq saçlarından asıb edam etmək.
Cəhənnəmini görmüşəmsə cənnətinlə viran etmək.
Həyat satdı getdi,
Həyatıma batdı getdi.
On dördündə behin verib,iyirmisində aldı getdi.
Gedənlər yaxşı gedir,
Arxanca baxım gedim,
Son dəfə qucaqlayım,əllərindən öpüm gedim.
Saçları möcüzəydi,son dəfə sevim,gedim.
Hər kəs yaxşı gedir,
Qoy mən də çıxım gedim.

https://www.youtube.com/watch?v=E-EBF6Ljwj8

Crazies Union - Sil Təbəssümü

Spx
Qələmlə yaradılan bir qadının saçlarında dəli olmuşam.
Ağlayanda gözlərindən axan boyaya vurğunam.
Hə,bir az dəlilik var,amma,
Niyə olmasın ?
Qəzetlərin künclərini tutuşduraraq bükməyinə heyranam.
Burda nə var ki?
Saçlarına dolanan xoşbəxtliyə düyün vurmuşam
Hə,bəlkə dəlilikdi amma,
Əsəbləşəndə alnımda üç qırış yaranır,saymışam.
Uzağa dikilən gözlərində bir qorxu var,
Amma qorxma,hara getsən də qayıdacaq bir yerin var,yanındayam.


Graf
Tanrı da aldı əlinə qələmi
Yazdı alnımızı.
Bəlkə də düşünmədi heç o bizim arzumuzu,
Dəyişən dəyişdı artıq
Gedənsə öz yolunda
Geriyə dönüş yoxdur,
Gedənsə yol sonunda.
Zamanı saxlayardım,
Alardım səni qarşıma
Tanrısa cəzamı verdi,dedi ki, işimə qarışma.
Nə olar,məni bağışla
Bir vaxtlar xəstən idim,
Tapılmırdı mənə bir əlac,
Sənsə mənə məlhəm idin.
Hərdən deyərdin,`kaş ki,səni tanımazdım.`
Bir gün çıxıb getsən
Önündə dayanmazdım.
Cənnəti canlandırıb,səni mən çox sevmişəm
Cənnətin yeddi qatında,yeddi il əzab çəkmişəm.
Mənə elə gəlir ki,hərdən
Səni heç tanımamışam.
Sənə yazdığım sətirləri heç mən toxumamışam.
Bəlkə də oxumamışam,sadəcə xəyal idi.
Bir də başdan,
Axı bizim arzularımız başqa idi.
Albino Lion (chorus)
Unutdum özümü,
O qəmgin gözlərin,
Silib təbəssümü
Geri qayıtmaz illərim.
Heç kim əvəz etməz
O sənin isti əllərin.
Qaldı xatirəmdə bu söz
Səni sevirəm.
Hugo
Hərdən qayıtmaq istəyirəm mən uşaqlığa
Uşaqlıq xatirəsi yaz sən nə fərqi var ki,
Hər dəfə günah eləyəndə salardım uşaqlığıma
Sol mələk yazsın,yaz sən,nə fərqi var ki.
Pis gündə həmişə göz yaşlarının altında
Mən yaxşı gününçün səni heç sevmədim ki.
Hansı sevgidən danışırıq ki,
Yaxşı,pis fərqi yoxdu,
Biz səninlə heç gün görmədik ki.
Sevmək ağlamaq,
Sevilmək ağlatmaq.
Sev ki,sevəsən neçə gün,
Neçə ay,neçə il,
Hətta,əsrlərlə sev getsin.
Onsuzda bir gün gedəcək,indidən sev getsin.
Bəlkə də axtarmaq lazım,öz qadın əksini
Mənsə,əksim yoxdur,çoxdan atıldım artıq
Mən düz seçim etdim,
Həyat etdi tərsini.
Sən də etiketini qopart get,satıldın artıq.
Albino Lion (chorus)
Unutdum özümü,
O qəmgin gözlərin,
Silib təbəssümü
Geri qayıtmaz illərim.
Heç kim əvəz etməz
O sənin isti əllərin.
Qaldı xatirəmdə bu söz
Səni sevirəm.(2)

Crazies Union ( Spx ) & Zaman ( Mizan ) - Bu Qədər

Spx:

Getmək şərt deyil ki, iz qoya bilməkdi güclü olmaq.
Gecələr səhvlərini düşünüb ağlayanda, yastığınla özünü boğa bilməkdi şair olmaq.
Bütün şeirlərim sevgidən doğur adətən, bu şeir nifrətlə sevişərkən doğuldu.
Bütün günahlarımı, düşünərək qazanmışam mən
Bir gün düşünmədən tətiyi çəkəndə, şeirlərim başa düşülər bəlkə də.
Bəlkə də yüksəklikdən qorxur doğmalar,
Bu qədər alçağlığa səbəb tapa bilmirəm.
Ağlatmaq üçün yaranan təlxəklər var bu dünyada,
Qəlb qırmaq üçün yaranan yaxşılıqlar var
“Bu sənin yaxşılığın üçündü” deyib,
Yaxşılığdan anlamayanlar var.
Hər dəfə bu son olsun, deyirəm
Bu son siqaret olsun, bu son şeir olsun, bu son nəfəs olsun.
Amma, yarıda qalmış o qədər şey var ki,
Görəsən necə son olsun?!
Bəlkə filmlərin tam əksi olsun bu dəfə?!
Baş rolda ki, qəhrəmanı bəlkə mən öldürüm?!
Yada bəlkə alçağlıq qalib gəlsin, təslim olsun qəhrəman.
Uça bilməsin canavar.

Mizan:

Mən yazsam qəzəl olur, sən yaz şeir olsun
Kim gedir qoy getsin, sonunda şeir olsun.
Uzaq yolların insanıyam mən
Mən gedənlərdənəm, amma arxasınca gedənlərdən.
Məsələn zülmətin, məsələn saxtalığın.
Getməliyəm, çünki bilmək haqqımdı
Sonu var mı bu qaranlığın?!
Ən sonuncu saxta gülüş kimə məxsus olacaq görəsən?!
Yəqin mən gülərəm, son nəfəs də dəyməmək üçün qəlbinə doğmaların.
Yəqin ən sonda mən gedərəm, qəbul edərək bütün qınağları.
Gediləcək bütün yolları şeirlərim seçir,
Mən sadəcə yazıram
Tərk edənlər özləri şeir olmağı seçir,
Və mən yenə sadəcə yazıram.
Şeirlər gözəl olmur, tərk edənin izi böyük ola bilər sadəcə
Şeirlər doğma deyil, sadəcə şairlər insanlara nifrət edir.

Bu qədər...

Crazies Union - Günəşin İntiharı

Spx:

Yazılarım o qədər qaranlıqdı ki,
Günəş belə çaş – baş qalır, mən yazanda.
Əslində, danışmaq belə istəmirəm dünəndən
Mən xoşbəxtəm sabahlarımla.
Məsələn sən sabahımsan, məsələn sən sabahımın ilk dəqiqəsisən.
Hər səhər çəkdiyim o, ilk tüstüsən
Yayılırsan ciyərlərimə həzn – həzn.
Mən isə son saniyənəm sənin.
Sənlər çıxmır, şeirlərimdən
Sənlər dəyişmir,səni dəyişmirəm.
Yüz il keçsədə, eyni səndən danışacaq şeirlər.
Yoxe bu sevgi deyil axı,
Bu qədər ucuz deyil axı hisslərim.
Sən bu qədər bəsit deyilsən ki,
Səni sadəcə sevim.
Elə də sən deyirəm  ki, həvəslənmə boş – boşuna
Mən şeirlərimdə ki, səndən danışıram.
Onu mən yaratmışam.
Yoxe istəyirsiz dəli deyin, istəyirsiz ağılsız deyin
Mən tanrının qara saçlarını inkar edə bimərəm.
Hə xəstəyəm, mən dəliyəm, mən dəliyəm!

Graf:

Zaman bədənə ağrı, qocalan əqrəblər
Rəqs edən varlığımın için də bir meyit yatır.
Zaman ruha zərbə, sancır əqrəb tək
Qərq olub qaranlığa keçmişə bir işıq saçır.
Zamanı saxladım, bir vaxt aldığın aldı getdi
Məni heç düşünmədi, arada tanrı fərq etdi.
Varlığımı, zamanın darlığını, o mundarlığını.
Tanrı səbr verdi mən isə səbr etdim,
O, isə daima səhv etdi gələcəyini düşünmədən
Nə vaxtsa gələcəyimi düşünmədən, səhv etdi.
O, dərin baxışların gələcəyi olmur dost
Gedeceyi gedib,kor gələcəyi görmür dost.
Bəlkə də ağrı verən sadəcə sətrlərdi,
Yazmasam dönər bəlkə, axı yazanda çətin gəlir.
Bəlkə də dözüm verən sadəcə sətrlərdi,
Yazaram dönər bəlkə, yazmasam da çətin gəlir.

Spx:

Mən keçmişin adamıyam, dostum.
Məni gözləmir heç bir gələcək
Mən hələ də əl - ələ gəzirəm, on üç yaşlı qarayanız qızla.
Yenə otağımdayam, yenə yazıram
Və deməli o, yenə görüşümə gələcək.
İllər böyütmür onu, illər unutdurmur
Heç istəmirəm də.
Hərdən əlimdən tutur, amma çönüb baxıram ki,
Heç kim yoxdur.
Hərdən sms gəlir, şeiri yarımçıq qoyuram
Açıram ki, yazılıb “ DARIXMIŞAM”
Və anlayıram ki, mən şeir yazmağı heç bacarmıram.
O, bir kəlməlik sms şeir olur
Bütün şeirlərimdən gözəl olur,
Kağızı cırıb atıram, hər şey məhv olur.
O yaranır, o yaradır
Mən isə yox oluram.
Nə bilim, əslində mən də darıxmışam
İndi danışa bilmirəm.
Bir azdan zəng vuracam, sabah görüşərik
Sən sabahımsan, sən sabahımın ilk dəqiqəsisən.
Mən xəstəyəm, mən dəliyəm, mən dəliyəm!

Hugo:

Həyatdan qaçmaq olmur, həyat özün
Səbr elə indi göstərəcək üzünü, həyat özü.
Xoşbəxtlik istəməyim bənzəyir,
Bir xəstənin son nəfəsdə, söyləməsinə həyat sözünü
Ağlayan qəlbdi dost, gözünü yalandan silmə.
Tanrı yadigar saxlamaq üçün ümidlərimi verdi mənə,
Hələ də məndədi deyir ki, qələbə məndədi
Təsəlli verdi mənə.
Şair sevgidən yazırsa əgər, mən kiməm ki?!
Biz gələcəyin insanlarıyıq o, dünən ki.
Həyat adlı nağılla yaşayıb böyüyürük biz,
Sonu yox bilinmir ki,söyən kim, sevən kim.
Olur ki,arada doğmalara qarşı sərtləşirik
Alma heç vecinə, çəkişib bərkləşirik.
Dostlarımla çox yığışıb, üzümüzü görməsəkdə
Olurda arada bir yığışıb belə dərdləşirik.

https://www.youtube.com/watch?v=FqA4PQQpV4s