1 Mayıs 2016 Pazar

Spx - Sənsən (Təzad)

Və mən ağılsız bir adəməmsə,
Qara saçlı həvvam sənsən.
Mən günaha aşiq olmuş bir iblisəmsə,
Ən gözəl günahım sənsən.
Və mənə dünyam deyirdin,əgər mən dünyayamsa,
Yeganə tanrım sənsən.
Kim deyir ki,bir güllə bahar olmaz?
Bir gülüşüylə yaşadanım sənsən.
Zaman hər şeyi unutdurur razıyam,
Çünki hər şeyi unutduran zamanım sənsən.
Sən bədənimsən,sən keçmişimsən,sən gələcəyimsən,
Yox,sən gəlməyəcəyimsən,sən gedənimsən...
Birdə getsən,birdə baxa bilsəm arxanca,
Çox gözəl tərk edirsən inan.
Son dəqiqələrimizdə elə gözəl bəhanələr getirdin ki,mənə,
Heç inciməyə belə taqətim qalmadı.
Yəni,o qədər usta bir yalançısan ki,
Gözlərimdə səndən başqa bir gerçək qalmadı.
Son görüşdə elə gözəl addımladınki məndən uzaqlaşarkən
Heç getmə deməyə belə qıymadım.
Heç mən də qalmadım orda,
Sən gedərkən məndə heç nə buraxmadın.
Son baxışınla əkiz qüllələr kimi toz oldum havaya qarışdım.

Sən ilk öpüşümsən,
Sən gizli görüşümsən.
Sən qəsəbəmsən,
Sən məktəbimsən.
Sən sinifmsən,
Sən 10 ilimsən.
Sən hər şeirimdəsən,
Sən göydəsən,
Sən məndəsən.

Və sən bir şair yaratmaq üçün gəldin.
Və mən yarımçıq bir şairəm...

https://www.youtube.com/watch?v=LVJTxWUPwLM

Hiç yorum yok:

Yorum Gönder